» » Davudoğlu İranda səfərdədir

Davudoğlu İranda səfərdədir

Davudoğlu İranda səfərdədir

Danışıqların mövzusu ikitərəfli münasibətlərdir.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərliyi ilə nümayəndə heyəti Tehrana ikigünlük səfərə gəlib.

ucarliyiq.biz xəbər verir ki, heyətin tərkibinə iqtisadiyyat, gömrük və ticarət, energetika və təbii sərvətlər, nəqliyyat, dənizçilik və rabitə nazirləri daxildir.

Səfər zamanı o, İranın baş nazirinin birinci müavini Eshak Cahangiri, xarici işlər naziri Mohamməd Cavad Zərif ilə görüşəcək, daha sonra isə ölkə prezidenti Həsən Ruhaninin qəbulunda olacaq.

Danışıqların mövzusu ikitərəfli münasibətlər, regionun problemləri, Ankara və Tehran arasında ticarət-iqtisadi əlaqələrdir.