» » BFV yuanı beynəlxalq ehtiyat valyuta elan etdi

BFV yuanı beynəlxalq ehtiyat valyuta elan etdi

BFV yuanı beynəlxalq ehtiyat valyuta elan etdi

Qərar oktyabr ayının 1-də qüvvəyə minir.

Beynəlxalq Valyuta Fondu (BVF) Çin yuanını beynəlxalq ehtiyat valyutası elan etdi.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yuanın ehtiyat valyutası kimi tanınması ilə əlaqədar təşkilatın idarə heyəti onun rüblük hesabatda ABŞ dolları, avro, Yaponiya iyena, Britaniya funt sterlinqi, İsveçrə frankı, Avstraliya dolları və Kanada dolları kimi ayrı bənd şəklində verilməsi qərarını qəbul edib.

Qərar 2016-cı ilin oktyabrın 1-də qüvvəyə minir. Eyni zamanda, yuan BVF ABŞ dolları, avro, iyena və funt sterlinqlə yanaşı, ehtiyat valyutalar səbətinə də daxil edilir.