» » İranlı deputat qadınları uzunqulaqla müqayisə etdi

İranlı deputat qadınları uzunqulaqla müqayisə etdi

İranlı deputat qadınları uzunqulaqla müqayisə etdi

Onun mandatının əlindən alınması tələb olunur.

Sərt xəttin tərəfdarı olan iranlı deputat Nader Qazipur tənqidə məruz qalıb.

ucarliyiq.biz “Radio Azattık”a istinadən xəbər verir ki, o, qadınların parlamentdə iştirak etmələrinin yolverilməz olmasını bildirib. 

“Parlament qadınların yeri deyil, bura kişilərin yeridi”, - deputat bildirib. O, qadınlarla pis rəftarın yol verilən olduğunu deyərək onları “uzunqulaq” ilə müqayisə edib.

 “Biz ölkədə nəzarəti çətinliklə ələ almamışıq ki, bura hər tülkünü, uşağı və ya uzunqulağı göndərək. Parlament uzunqulaqların yeri deyil”, - o deyib.

57 yaşlı Nader Qazipur keçən həftə Qərbi Azərbaycanda doğma Urmiya şəhərində yenidən parlamentə seçilib.

İran xəbər saytları İnformasiya Şurasının qadınlar və ailə məsələləri üzrə hökumət idarəsinin rəhbəri Zəhra Necadbəhramın Nader Qazipurun mandatının alınmasına dair sözlərindən sitat gətiriblər.

“Onun təfəkkürü əhalinin yarsını təhqir etməyə icazə verdikdə reaksiyanı gözləməli idi, bu reaksiya onun mandatının əlindən alınmasıdır”, - Zəhra Necadbəhram mart ayının 2-də deyib.

Urmiya şəhərində cümə namazlarının lideri Mehdi Qoreyşi də tənqidi ifadələr işlədib. O, Nader Qazipurun adını çəkməsə də, “təhqir və vulqarlığın” “islam cəmiyyətində yolverilməz“ olduğunu bildirib.

“Biz təhqir və vulqarlığın şəhərimizdə adi hala çevrilməsinə icazə verməməliyik”, - yerli mətbuat Mehdi Qoreyşinin sözlərindən sitat gətirib.