» » Argentinada quldurlar şəhəri qarət etdilər

Argentinada quldurlar şəhəri qarət etdilər

Argentinada quldurlar şəhəri qarət etdilər

“Mənim pulqabımı aparıblar”.

Argentinada silahlı dəstə yerli meriya, bank, poçt, məhkəmə və hətta polis bölməsi də daxil olmaqla kiçik şəhəri soyublar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat verib.

Söhbət Santa-Fe əyalətindəki 1,8 min nəfər əhalisi olan Bernardo-de-İriqoen şəhərciyindən gedir, - “El Heraldo” Kolumbiya portalı yazıb.

Əvvəlcə polis bölməsinə təşrif gətirən cinayətkarlar az saylı asayiş keşikçilərini tərk-silah ediblər. Daha sonra məhkəmə də daxil olmaqla, pulun olacağı məkanlara baş çəkiblər.   

“Mənim pulqabımı aparıblar”, - hakim Raul Bonansea bildirib.  

Quldurların qənimətinin ümumi məbləği 250 min peso olub (təxminən 16 min dollar), amma qarətçilər təqaüdlərin ödənilməsi üçün pulun gətiriləcəyinə ümid edirdilər və qənimətləri 1 milyon peso (65 min dollar) olmalı idi, amma qarət zamanı pullar poçta gətirilməmişdi.  

Şəhər sakinləri qarətçilər qaçdıqdan sonra həyəcan təbili çalıblar. Polislərin təqibi qarətçilərin birinin ölümü ilə nəticələnib, amma qalan üç nəfər hadisə yerindən qənimətlə qaçaraq gizlənə bilib.