» » Pakistan polisi 10 yaşlı qızın toyunu dağıdıb

Pakistan polisi 10 yaşlı qızın toyunu dağıdıb

Pakistan polisi 10 yaşlı qızın toyunu dağıdıb

Kəndin dörd ağsaqqalı həbs edilib.

Pakistan polislərinin müdaxiləsi 10 yaşlı qızla 14 yaşlı oğlanın toyunun qarşısını alıb. Bu toy vasitəsilə ailələr qarşılıqlı düşmənçiliyə son qoymağa ümid edirdilər.  

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, Pəncab əyalətinin ağsaqqalları bu gənc cütlüyün toyuna gəlinin qardaşının öz arvadını xəyanət etməsindən şübhələnərək qətlə yetirməkdə ittiham edildikdən sonra qərar veriblər.

O, həbs edilib və hazırda həbsxanadadır.

Müşahidəçilərin fikrincə, qohumların törətdikləri cinayətlərin üstünü örtmək üçün qızların məcburi ərə verilməsi rəsmi olaraq ölkədə qadağan edilsə də, bu təcrübə hələ də ölkədə tətbiq edilir.

Polisin məlumatına görə, bununla əlaqədar kəndin dörd ağsaqqalı həbs edilib.

Toy bu cüməyə təyin edilmişdi, amma hüquq-mühafizə orqanlarının kəndə gəlməsi nəticəsində toy baş tutmayıb.

Pakistan qanunlarına görə, qətl qurbanının qohumları müəyyən miqdarda pul vəsaiti və ya əldə edilən kompromis müqabilində cinayətkarı bağışlaya bilərlər.

Bununla yanaşı, “namus üstə qətl” və “günah yumaq üçün toy” hələ də təcrübədən keçirilir. Bunun üçün məhkəmə qarşısına isə yalnız aztəminatlı və daha az nüfuza malik ailələrin nümayəndələri çıxır.

Bu ilin əvvəlində qadınların nigaha daxil olması üçün minimal yaş həddinin 16 yaşdan 18 yaşa qaldırılmasına dair qanun layihəsi çıxarılıb. Amma bu layihə İslam İdeologiyası Şurasının qanun layihəsini müsəlman qaydalarına uyğun olmadığını bildirdikdən sonra geri götürülüb.