» » Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb

Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb

Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb

“Onların 8 min 890 nəfəri hamilə qadındır”.

Kolumbiyada “Zika” virusuna yoluxanların sayı 47 min nəfərə çatıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə şənbə günü Cənubi Amerika ölkəsinin Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Fevralın sonunda ölkə hökuməti 42 min nəfərdə xəstəliyin aşkar edildiyini təsdiqləyib.

“Yoluxanların sayı 47 min 771 nəfər təşkil edir, onların 8 min 890 nəfəri hamilə qadındır”, — deyə məlumatda bildirilir.

Hazırda Kolumbiya bu virusa yoluxanların sayına görə Latın Amerikası və Karib hövzəsində Braziliyadan sonra ikinci ölkədir.