» » Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib

Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib

Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib

“Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik”.

Gürcüstan Rusiyanın “Qazprom” şirkəti ilə razılığa gəlib.

ucarliyiq.biz-ın “Qruziya Online” saytına istinadən verdiyi məlumatına görə, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib. 

Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.

“Razılıq əldə edilib, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq".