» » ABŞ-da məşhur repçi öldürüldü

ABŞ-da məşhur repçi öldürüldü

ABŞ-da məşhur repçi öldürüldü

Cəsədin yanında 50 giliz aşkarlanıb.

ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) Bankroll Fresh ləqəbi ilə tanınan məşhur repçi Trentavius Uayt səsyazma studiyasının yaxınlığında öldürülüb, ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir. 

Atlanta hüquq-mühafizə orqanları qətlin səbəblərini araşdırırlar.

28 yaşlı Uaytın meyiti cümə günü axşam saatlarında Street Execs səsyazma studiyasının yaxınlığında tapılıb. Polis studiyanın içində və atrafında 50 giliz aşkar edib. 

Repçi Travis Porter, Boochie və Street Money ilə iş birliyi ilə tanınıb.