» » Azərbaycanlı məmurun hədiyyəsi qalmaqala səbəb oldu

Azərbaycanlı məmurun hədiyyəsi qalmaqala səbəb oldu

Azərbaycanlı məmurun hədiyyəsi qalmaqala səbəb oldu

“Qanun qadınlara xoş təəssürat bağışlamağı qadağan etmir”.

Ukrayna Ali radasının spikerinin müavini Oksana Siroyid parlamentin deputatı, Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Roman Nəsirovun ona aldığı hədiyyənin qiymətinin 3000 qrivnadan (185 AZN) baha olması ilə bağlı akt tərtib edib.

ucarliyiq.biz-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Oksana Siroyid Facebook səhifəsində yazıb. Spiker müavini bildirib ki, Roman Nəsirovun aldığı hədiyyə qiyməti 3000-dən baha olan TM Chanel ətridir

Sovet vərdişi olan vəzifəli şəxslərə bahalı hədiyyələrin verilməsi təəccübləndirməyə davam edir. Dünən Ali radanın vergi və gömrük siyasəti komitəsinin sədri tərəfindən təbrik açıqcası və hədiyyə mənə göndərilib.

Problem bunun müasir və etika çərçivəsində olmamasında deyil, üstəlik müharibə şəraitində. Ukraynanın korrupsiyaya qarşı mübarizə haqqında qanunu var. Bu qanun mənə dəyəri həddi aşan hədiyyələri qəbul etməyi qadağan edir.

Mən çox ümid edirəm ki, Ali radanın vergi və gömrük siyasəti komitəsinin sədri 8 mart münasibətilə qadınların onun adından hansı formada təbrik edilməsindən xəbərsizdir. Birinci növbədə, hədiyyələrlə bağlı sovet təcrübəsinin kökünü kəsmək lazımdır. çünki mənə məlum deyil ki, 3000 qrivnadan baha hədiyyənin verilməsi ideyası haradan yaranır?", - Oksana Siroyid yazıb.

Azərbaycanlı məmurun hədiyyəsi qalmaqala səbəb oldu

Roman Nəsirov öz növbəsində spiker müavininin Facebook-da paylaşdığı statusun altında şərh yazaraq 8 mart hədiyyəsinə görə Siroyiddən üzr istəyib.

“Əzizim Oksana, sizi təbrikimlə məyus etdimsə, bağışlayın. Mən Ukraynada yaşayan kişilərin əksəriyyəti kimi həmişə təbrik etmişəm, edirəm və edəcəyəm. Deyəsən, qanun qadınlara xoş təəssürat bağışlamağı qadağan etmir”, - Nəsirov bildirdi.

Roman Nəsirov 2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.

2014-cü il dekabrın 4-də Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçili