» » Kabulda naməlum şəxs iki Türkiyə vətəndaşını öldürüb

Kabulda naməlum şəxs iki Türkiyə vətəndaşını öldürüb

Kabulda naməlum şəxs iki Türkiyə vətəndaşını öldürüb

Cinayətkar hadisə yerindən uzaqlaşa bilib.

Əfqanıstanın paytaxtı Kabul şəhərində ticarət məhəllərinin birində silahlı hücum zamanı iki Türkiyə və 1 Əfqanıstan vətəndaşı öldürülüb, daha iki nəfər isə yaralanıb, ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir.

Hadisə martım 5-də baş verib. Cinayətkar hadisə yerindən uzaqlaşa bilib.

Yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çıatdırılıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Polisdən bildiriblər ki, cinayətin motivləri hələlik məlum deyil. 

Ölkədə fəaliyyət  göstərən terror qruplaşmalarından heç-biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.