» » ABŞ-da Nensi Reyqan dünyasını dəyişdi

ABŞ-da Nensi Reyqan dünyasını dəyişdi

ABŞ-da Nensi Reyqan dünyasını dəyişdi

Son illər keçmiş prezidentin dul həyat yoldaşının vəziyyəti pisləşmişdi.

ABŞ-da eks-prezident Ronald Reyqanın dul qalmış həyat yoldaşı Nensi Reyqan 94 yaşında dünyasını dəyişib, ucarliyiq.biz TMZ-yə istinadən xəbər verir.

Bu informasiyanı mərhumun ailə üzvləri də təsdiqləyiblər.

Son illər keçmiş prezidentin dul həyat yoldaşının vəziyyəti pisləşmişdi.

Peşəkar aktrisa olan Nensi Ronald Reyqanla 1952-ci ildə ailə qurub. O zaman ABŞ-ın gələcək prezidenti də aktyor karyerası ilə məşğul idi.

Nensi Reyqan 1981-ci ildən 1989-cu ilədək ABŞ-ın birinci xanımı olub.