» » İran nefti Avropaya çatdı

İran nefti Avropaya çatdı

İran nefti Avropaya çatdı

Gəminin yükü Alhesirasda boşaldılır.

İran nefti ilə yüklənmiş “Monte Toledo” tanker Avropaya çatıb.

ucarliyiq.biz Bloomberg-ə istinadən xəbər verir ki, bu, Tehranın sanksiyalardan azad olunmasından sonra Avropaya gətirilən ilk İran neftidir.

Gəminin göyərtəsində 1 milyon barel xammal var. Neftlə dolu tanker İspaniyanın Alhesiras limanında CEPSA şirkətinin zavodunda boşaldılır.

İrandan Avropaya tanker 17 gün ərzində çatıb, siyasi sanksiyaların ləğvinə gedən yol isə düz 4 il çəkib.