» » In ABŞ-ı qabaqlayıcı nüvə zərbəsi ilə hədələdi

In ABŞ-ı qabaqlayıcı nüvə zərbəsi ilə hədələdi

In ABŞ-ı qabaqlayıcı nüvə zərbəsi ilə hədələdi

Phenyan “Cənubi Koreyanı” azad etmək üçün əməliyyat keçirəcək.

Şimali Koreya (KXDR) tarixdə ən iri “Key Resolve” və “Foal Eagle” Amerika-Cənubi Koreya hərbi təlimlərinin keçirilməsinə cavab olaraq “nüvə zərbələri endirməklə” hədələyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu haqda Kim Çen Inın rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinin (DMK) dərc edilmiş bəyanatında deyilir.

Bəyanatda “ali komandanlıqdan əmr daxil olduğu halda, öz silahlı, o cümlədən də nüvə qüvvələrinin gücünü göstərməyə hazır” olduğu qeyd edilib.

Sənəddə hədəf kimi ABŞ-ın qitə hissəsi və Asiya-Sakit okean regionunda Amerika bazaları göstərilib. Bundan başqa, Phenyanın “Cənubi Koreyanın azad edilməsi üzrə əməliyyat  keçirəcəyi” də qeyd edilir.

Şimali Koreya xalqı və ordusu “vətənini birləşdirilməsi üçün müqəddəs müharibənin başlanması” imkanının əldən buraxmayacaq, DMK vurğulayıb.

“Key Resolve” və “Foal Eagle” təlimləri mart ayının 7-dən aprel ayının 30-dək keçiriləcək. Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin məlumatına görə, bu il təlimlərdə 300 min Cənubi Koreya və 15 min Amerika hərbçisi iştirak edəcək.

“Onlar müştərək olaraq 5015 Əməliyyat planını praktikadan keçirəcəklər, hədəf – KXDR kütləvi qırğın silahının məhv edilməsi və Şimali Koreya tərəfindən hücum olacağı təqdirdə, zərbə endirməyə hazırlıqdır”, - nazirlik qeyd edib.