» » İŞİD paytaxtında qiyam

İŞİD paytaxtında qiyam

İŞİD paytaxtında qiyam

200 yaraqlı sakinlərin tərəfinə keçib.

“İslam dövləti”nin 200 yaraqlısı terror qruplaşmasına qarşı üsyan edən Rakka sakinləri tərəfinə keçib.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Sputnik agnetliyinə etibarlı mənbə bildirib.

“İŞİD-in 200 suriyalı yaraqlısı Rakka sakinlərinin tərəfinə keçib, bu isə terrorçuları şəhərə girişlərdə postlar təşkil etməyə məcbur edib”, - məlumatda bildirilib.

Mənbənin məlumatına görə, şəhər sakinləri daha beş rayonda dövlət bayrağını qaldırıblar, qarşıdurma zamanı yaraqlıları həmin rayonlardan sıxışdıraraq çıxarıblar.

Qiyam edən yaraqlılar hökumət qoşunlarının nümayəndələri ilə mobil rabitə ilə əlaqə qurublar.

Mart aynın 5-də gecə saatlarında qiyamı təşkil edənlər Rakkanın beş rayonunda Suriya bayrağını qaldırıblar. İki rayonda sakinlər mitinqə çıxaraq Suriya ordusunu dəstəkləyən şüarlar səsləndiriblər. Qarşıdurmalar zamanı İŞİD-in çox sayda yaraqlısı məhv edilib.

İŞİD-in “paytaxtı” Suriyanın şimalında, Ərəfat çayının sahilində yerləşir. Şəhər yaraqlılar tərəfindən 2013-cü ildə zəbt edilib. Şəhər yaraqlıların nəzarəti altına keçdikdən sonra hökumət qoşunları yaşayış məntəqəsini geri almağa çalışıblar, hətta aviasiyadan belə istifadə ediblər, amma cəhdlər boşa çıxıb.