» » Aİ Rusiya əleyhinə sanksiyaları müzakirəsiz uzadacaq

Aİ Rusiya əleyhinə sanksiyaları müzakirəsiz uzadacaq

Aİ Rusiya əleyhinə sanksiyaları müzakirəsiz uzadacaq

“Qərar rəsmi olaraq cümə axşamı təsdiqlənəcək”.

Aİ Ukryananın ərazi bütövlüyünün pozulmasında günahkar bildiyi RF və Ukrayna vətəndaşlarına qarşı Avropa İttifaqının sanksiyaları çümə axşamı müzakirəsiz uzadılacaq, siyahıda 146 nəfər və 37 hüquqi şəxs var.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ria Novsoti-yə Aİ-dəki mənbə bildirib.

“Qərar rəsmi olaraq cümə günü təsdiqlənəcək, bu daxili işlər və ədliyyə məsələləri üzrə Şuranın “A” məsələlər siyahısına (müzakirəsiz qəbul edilən) daxil ediləcək. Üç nəfər siyahıdan çıxarılıb, belə ki, onlar artıq dünyasını dəyişib”, - adını çəıkilməsini istəməyən Aİ-də olan diplomatik mənbə bidlirib. Onun məlumatına görə, sanksiyalar sentyabr ayının 15-nə qədər uzadılacaq.

O, həmçinin Aİ daimi nümaynədələrinin komitəsinin sanksiyaların çərşənbə günü səhər təsdiqləyəcəyini bidlriib. Normativ sənəd artıq işçi qrup ilə razılaşdırılıb.

Digər avropa mənbəti məlumatı təsdiqləyib.

“Siyahıda qalacaq şəxslərin sayı 146-dır, eləcə də 37 hüquqi şəxs bu siyahıya daxildir. Tarix 15 sentyabrdır” – o, bəyan edib. Onun sözlərinə görə, qərarın Aİ Rəsmi jurnalında dərc ediləcək trixi hələ məlum deyil.