» » Ərdoğan: Ümid edirəm ki, Davudoğlu pullarla qayıdacaq

Ərdoğan: Ümid edirəm ki, Davudoğlu pullarla qayıdacaq

Ərdoğan: Ümid edirəm ki, Davudoğlu pullarla qayıdacaq

“Artıq dörd ay keçib, onlar isə hələ də söz verirlər”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa İttifaqını Türkiyəyə qaçqınların qəbulu üçün ayrılmış 3 milyard dolların verilməsini gecikdirdiyinə görə tənqid edib.

ucarliyiq.biz xəbər verir ki, Ərdoğan ölkənin Baş naziri Əhməd Davudoğlunun Aİ-Türkiyə miqrasiya sammitindən bu pullar ilə qayıdacağına ümid etdiyini bildirib.

“Biz qaçqınların qəbuluna 10 milyard dollar xərcləmişik. Aİ 3 milyard avro məbləğində dəstək söz verib, lakin bu pulları hələ verməyib. Artıq dörd ay keçib, onlar isə hələ də söz verirlər. Hal-hazırda Davudoğlu Brüsseldədir. Ümid edirəm ki, Baş nazir sammitdən bizə ayrılmış vəsait ilə qayıdacaq”, - Ərdoğan Ankarada konferensiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə höküməti Yunanıstana keçmək istəyən 100 minə yaxın qaçqını xilas edib.