» » Rusiyada evdə baş verən yanğında üç azyaşlı ölüb

Rusiyada evdə baş verən yanğında üç azyaşlı ölüb

Rusiyada evdə baş verən yanğında üç azyaşlı ölüb

Yanğın zamanı evdə azyaşlılardan başqa heç kim olmayıb.

Rusiyanın Həştərxan vilayətinin Kamızyaksk rayonunda fərdi evdə güclü yanğın zamanı 3 azyaşlı uşaq ölüb.

ucarliyiq.biz-ın məlumatına görə, bu TASS-a RF FHN-nin regional idarəsindən məlumat verilib.

Yanğın söndürüldükdən sonra 2011, 2013 və 2014-ci il təvəllüdlü üç uşağın meyiti aşkarlanıb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kim olmayıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub.

Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.