» » “Shell” İrana olan borcunu ödədi

“Shell” İrana olan borcunu ödədi

“Shell” İrana olan borcunu ödədi

Şirkət sanksiyalara görə borcunu ödəyə bilmirdi.

“Shell” Niderland-Britaniya neft şirkəti İran Milli Neft Şirkətinə (NİOC) olan 1,94 mlrd. dollarlıq borcunu avro ilə tam ödəyib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu haqda “Shell”in sözçüsü açıqlama yayıb.

Məlumata görə, sanksiyalar tətbiq edildiyindən Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi.

İranla ticarətin dollarla edilməsi qadağası götürülmədiyindən ödəmə avro ilə həyata keçirilib. Borclu şirkətin sözçüsü isə faktı bu gün təsdiqləyib.