» » Xalq artisti: Sevdiyim xanıma görə bıçaqlanmışam

Xalq artisti: Sevdiyim xanıma görə bıçaqlanmışam

Xalq artisti: Sevdiyim xanıma görə bıçaqlanmışam

“Hər xırda detala, davranışıma fikir verirdim”.

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz həyatı ilə bağlı maraqlı etiraf edib.

ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, xalq artisti gənc vaxtlarında həyat yoldaşına görə bıçaqlandığını bildirib:

“Gənclik illərində sevdiyim xanım, yəni indiki həyat yoldaşım kənddə yaşayırdı, mən də şəhərdə təhsil alırdım. Onda küçədə gəzəndə içimdə elə bir duyğu var idi ki, sanki bütün hərəkətlərim kənardan izlənilir, filmə çəkilirdi.

Bir səhv hərəkət etməkdən və bu hadisənin onun qulağına gedib çatmasından ehtiyat edirdim, hər xırda detala, davranışıma fikir verirdim, çox şeydən imtina etməli oldum. Sevdiyim xanıma görə hətta davaya qarışıb bıçaqlanmışam da. Hər şey yaxşı qurtardı, sadəcə, yüngülvari yara almışdım”.