» » KİV: ABŞ terrorçu əş-Şişanini öldürdü

KİV: ABŞ terrorçu əş-Şişanini öldürdü

KİV: ABŞ terrorçu əş-Şişanini öldürdü

O, İŞİD-in “müharibə naziri” olub.

Terrorçu İŞİD qruplaşmasının liderlərindən biri Əbu Ömər əş-Şişaninin ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviazərbələri nəticəsində öldürüldüyü güman edilir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məmurlara istinadla Reuters məlumat yayıb.

Onların sözlərinə görə, terrorçu martın 4-də, Suriyanın Əl-Şəddadi şəhəri yaxınlığında hücuma məruz qalıb.

Qeyd edək ki, Ömər-Çeçen kimi də tanınan əş-Şişani İŞİD-in “müharibə naziri” hesab olunur.

KİV-də onun məhv edilməsi barədə dəfələrlə məlumatlar yer alsa da, hər dəfə təkzib olunub.

Məsələn, 2015-ci il dekabrın 18-də onun Amerika xüsusi təyinatlıları tərəfindən əsir götürüldüyü bildirilirdi. 2014-cü il noyabrın 13-də isə Çeçenistan prezidenti Ramzan Kadırov öz İnstagram səhifəsində terrorçunun öldüyünü bildirmişdi.