» » Ermənistan Rusiyanın Bakıya silah satmasından narazıdır

Ermənistan Rusiyanın Bakıya silah satmasından narazıdır

Ermənistan Rusiyanın Bakıya silah satmasından narazıdır

İrəvan Qarabağda yeni müharibənin başlaya biləcəyindən çəkinir.

Son illər Azərbaycan hərbi xərclərini dəfələrlə artırıb. Rusiya ilə strateji müttəfiq münasibətlərimiz, çox sıx hərbi, eləcə də hərbi-texniki əməkdaşlığımız mövcuddur.

Bizim silahı ilk növbədə strateji müttəfiqimizdən aldığımız heç kimə sirr deyil və gələcəkdə də Rusiya ilə hərbi-texniki planda qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibəsində Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bildirib.

Onun sözlərinə görə, Rusiya iri silah istehsalçısı kimi, istehsal etdiyi silahı müxtəlif ölkələrə satır və bu, təbiidir.

“Amma biz Azərbaycanın silah almasında və az qala hər gün yeni müharibəyə başlayacağına dair hədə-qorxu gəlməyinə heyran deyilik. Və bu silahın Ermənistan ilə, o cümlədən də KTMT çərçivəsində qarşılıqlı fəaliyyət üçün səy göstərən müttəfiqdən alınması bizə xoş deyil”, - erməni diplomatiyasının rəhbəri bildirib.