» » “Stratfor”un analitiki Üçüncü Dünya müharibəsindən danışdı

“Stratfor”un analitiki Üçüncü Dünya müharibəsindən danışdı

“Stratfor”un analitiki Üçüncü Dünya müharibəsindən danışdı

“Bizim əsrdə müharibənin olmayacağına dair mərcə girməyə hazırsınız?”

“Stratfor” analitik qrupun təsisçisi Corc Fridman Avropada yeni müharibənin ola biləcəyindən, eləcə də ABŞ və Yaponiya arasında mümkün münaqişə ehtimalından danışıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bunu C.Fridman “Business Insider” nəşrinə verdiyi müsahibəsində bildirib.

Ekspertin fikrincə, mövcud vəziyyət beynəlxalq münasibətlər sistemində prinsipial fikir ayrılığına görə kəskinləşə bilər.      

Fridman qeyd edib ki, Avropa ölkələri arasında uzun müddət müharibələrin olmaması, onların yenidən alovlanmaması üçün zəmanət vermir.

“1815-ci ildən 1871-ci ilə qədər Avropada dövlətlər arasında müharibənin heç bir növü təzahür etməmişdi, - Fridman qeyd edib, - Daha sonra isə Birinci Dünya müharibəsi oldu”.

Fridmanın fikrincə, beynəlxalq münasibətlərin müasir dövrə transformasiyası da böyük müharibəyə gətirib çıxara bilər.    

“Beynəlxalq münasibətlərin sarsıldığı sistemli müharibənin baş vermədiyi əsr olmayıb. Siz bizim əsrdə müharibənin olmayacağına dair mərcə girməyə hazırsınız? Mən mərci qəbul etməyə hazıram”, - XVII əsrin Yeddillik müharibəni, XIX əsrin Napoleon müharibələrini və XX əsrin Dünya müharibələrini xatırladıb.

Analitik Şərqi Avropa, Yaxın Şərq və Sakit okeanında müharibələrin olma ehtimalını düşünür. Birinci iki münaqişə Polşa və Türkiyənin Rusiya ilə mümkün münaqişə ucbatından baş verə bilər.

Sakit okeanda isə Fridman ABŞ və Yaponiya arasında dəniz müharibəsini ehtimal edir. Onun fikrincə, təhlükə bu və ya digər ölkənin inkişaf prosesi deyil, dünyada yeni mövqelərin formalaşmasını müşayiət edən qeyri-sabitlik doğurur.