» » Vaçovski qardaşları bacı oldu

Vaçovski qardaşları bacı oldu

Vaçovski qardaşları bacı oldu

“Cinsin dəyişdirilməsi şoku”.

Endi Vaçovski adı ilə tanınan “Matritsa”nın yaradıclarından biri cinsini dəyişdirib. 

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, o, transgender olduğunu və Lili adını götürdüyünü bildirib. 

“Cinsi dəyişdirmə şoku – Vaçovski qardaşları, Vaçovski bacıları oldu!”, – Lili Vaçovski bəyan edib.

Dörd il öncə cinsin dəyişdirilməsi haqqında onun Larri adını daşıyan, sonradan isə Lana Vaçovski olan bacısı bəyan etmişdi.

48 yaşlı Lili Vaçovskaya cinsini dəyişdirməsi haqqında Britaniyanın “Daily Mail” jurnalistlərinin onu bu haqda müsahibə verməyə razı salmağa cəhd etdikdən sonra bəyan etmək qərarına gəlib.

Vaçovski “Matritsa”dan başqa “Buludlu adlası”, “Yupiterin doğuşu” filimləri və “Səkkizinci hiss” serialı üzərində işləyib.

2015-ci ildə şou-biznesin ən çox müzakirə edilən xəbəri Kim Kardaşyanın atalığı, Olimpiya çempionu, əvvəllər Bryus Cenner indi isə Keytlin Cennerin açıqlaması olub. Cinsini dəyişdikdən sonra onun “Vanity Fair” jurnalının iyul nömrəsinin üz qabığında “Məni Keytlin çağırın” şərhi ilə şəkli peyda oldu.