» » 1 kq kokaini sinəsində keçirən kolumbiyalı gözəl saxlanıldı

1 kq kokaini sinəsində keçirən kolumbiyalı gözəl saxlanıldı

1 kq kokaini sinəsində keçirən kolumbiyalı gözəl saxlanıldı

Narkotik ispan bazarında satılmalı idi.

Kokaini sinə implantlarında daşıyan qadın narkokuryer Frnakfurt-na-Mayne aeroportunda saxlanılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə alman nəşri “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə fevral ayının 24-də baş verib. 24 yaşlı Andrea S. “Lufthansa” aviaşirkətinin Boqota-Frankfurt-na-Mayne marşrutu üzrə uçan təyyarəsinə oturub.

“10 saatlıq uçuş zamanı kolumbiyalı gözəlin nəhəng sinəsi sərnişinlərin diqqətini çəkib”, - qəzetdə qeyd edilib. Təyyarə enərkən polis şübhəli sərnişini sorğu-sual edib.  

“Müttəhim sinə implantının hər birində təxminən 500 qram kokain daşıyırdı”, - hüquq-mühafizə orqanı nümayəndəsi bildirib. İndi qadın narkotiklərin qaçaqmalçılığında ittiham edilir.

Polis nəzarəti altında şübhəli şəxs universitet klinikasına gətirilib, burada tibb işçiləri implantları çıxarıblar. Hazırda saxlanılan qadın Frankfurtun qadın həbsxanasındadır. Kokain İspaniya bazarı üçün nəzərdə tutulmuşdu, Andrea S. Almaniyadan Barselonaya uçmağa hazırlaşırdı.