» » ABŞ İŞİD obyektlərinə aviazərbələr endirdi

ABŞ İŞİD obyektlərinə aviazərbələr endirdi

ABŞ İŞİD obyektlərinə aviazərbələr endirdi

Saxlanılan ekstremist vacib məlumat verib.

CNN telekanalının məlumatına görə, ABŞ aviasiyası İraqın Mosul şəhərinin yaxınılığında İŞİD terror qruplaşmasının obyektlərinə zərbələr endirib.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, ABŞ höküməti hesab edir ki, terrorçular bu obyektlərdə kimyəvi silah hazırlayırdılar.

Qeyd olunur ki, amerikalı hərbçilərin saxladığı yaraqlılardan biri vacib məlumatla paylaşıb və bu məlumata əsasən əməliyyat keçirilib.

Əməliyyatın nə qədər uğurlu keçməsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.