» » Vətəndaşları evlənmək vədi ilə aldadan azərbaycanlı qadınlar həbs edildi

Vətəndaşları evlənmək vədi ilə aldadan azərbaycanlı qadınlar həbs edildi

Vətəndaşları evlənmək vədi ilə aldadan azərbaycanlı qadınlar həbs edildi

Onlar televiziya proqramına çıxıblar.

Türkiyənin Karabük bölgəsində 88 yaşındakı Niyazi Yalçını evlənmək vədi ilə aldadaraq 10 min lirəsini alan Azərbaycan vətəndaşları - 55 yaşlı Natalya M. və 43 yaşlı Samira B. saxlanılıb.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, qadınlar televiziya proqramına çıxdıqdan sonra polis tərəfindən həbs ediliblər. Onlar polisdən qaçmağa çalışsalar da, tutularaq istintaqa cəlb olunublar.

Məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilən qadınlar Karabük T tipli qapalı cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Azərbaycan vətəndaşları olan qadınlar ittihamları qəbul etməyiblər. Onların iddiasına görə, əslində Niyazi Yalçının övladları onun pulunu mənimsəmək istəyiblər və günahı da onların üstünə atırlar.

Polis əməkdaşlarının araşdırmalarına görə, qadınlar eyni üsulla Ankara, Çorum, İzmir, Niğde kimi bir çox bölgələrdə yaşlı insanları evlənmək vədi ilə aldadıb.