» » Alimlər kainatda nəhəng obyekt aşkar etdilər

Alimlər kainatda nəhəng obyekt aşkar etdilər

Alimlər kainatda nəhəng obyekt aşkar etdilər

Obyekt Qalaktikadan təxminən 10 min dəfə ağırdır.

İspaniya, Estoniya, ABŞ və Böyük Britaniyanın astrofizikaçıları Kainatda nəhəng obyekt – qalaktik sistem aşkar ediblər.

ucarliyiq.biz xəbər verir ki, müəlliflərin tədqiqatları arXiv.org saytında dərc edilib, qısa şəkildə “New Scientist”də məlumat verilib.

Alimlər Günəş sistemindən 4,5-6,4 milyard işıq ili uzaqlıqda 830 qalaktikadan ibarət fövqəltoplanmanı aşkar ediblər. Uzaq obyekt kəhkəşan Qalaktikasından təxminən 10 min dəfə ağırdır. Səthin diametri 180 meqaparsek kimi dəyərləndirilir.  

Fövqəltoplanmanı BOSS (Baryon Oscillation Spectroscopic Survey) məlumat bazasının yardımı ilə aşkar ediblər. Hazırda qalaktikaların açıq sistemdə dinamikasını müşahidə edə bilmirlər, belə ki, sonuncular Yer kürəsindən çox uzaq məsafədədirlər.

Alimlərin fikrincə, Kəhkəşan və yaxınlıqda olan qalaktikalar əsasən də “Andromeda Dumanlığı” digər “Laniakea” (havay dilindən tərcümədə - “Sərhədsiz səma”) fövqəltoplanma qrupuna daxildir.

“Laniakea” ilə 160 meqaparsekə yaxın diametri olan kəsik sərhədlənir, bu isə Kəhkəşanın diametrindən beş min dəfə böyükdür. Fövqəltoplanmanın çəkisi Qalaktikanın çəkisindən 100 min dəfə artıqdır.