» » Erməni ordusu üç hərbçisini itirdi

Erməni ordusu üç hərbçisini itirdi

Erməni ordusu üç hərbçisini itirdi

Yaralananlardan birinin adı məlumdur.

Ermənistanda İrəvan-Mehri avtomobil yolunda baş verən qəzada üç erməni hərbçisi ölüb, daha iki nəfər yaralanıb.

ucarliyiq.biz erməni mətbuatına istinadən xəbər verir ki, qəza dünən saat 23:00 radələrində həmin yolun 80-ci kilometrində baş verib. “Opel” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Erməni Müdafiə nazirliyinin məlumatına görə, qəza nəticəsində müqavilə əsasında hərbi xidmət keçən Karen Karapetyan, Vaan Qukasyan və Ruslan Arutyunyan ölüb.

Yaralananlardan birinin adı məlumdur. Bu, ölən Ruslan Arutyunyanın qardaşı Roman Arutyunyandır.