» » İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq

İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq

İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq

İran itthamlara cavab verə bilmədi.

İrandan 11 sentyabr terror aktında həlak olanların ailələrinə və sığorta şirkətlər qrupuna təzminatın ödənməsi tələb olunur. 

ucarliyiq.biz “forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun dairə hakimi Corc Denils qərar qəbul edib.

Qərara görə, təzminantın məbləği 10,5 milyard dollardır. Bu məbləğin 7,5 milyard dollara yaxını Ümumdünya Ticart Məkəzində qüllələrdə və Pentaqon binasında həlak olanların ailələrinə ödənilməlidir.

Sığorta şirkətlərinə, o cümlədən 2001-ci ildə sentyabrın 11-də terror aktları nəticəsində meydana gələn sığorta hallarına görə ödənişlər edən “Chubb LTD”-yə İran 3 milyard dollar ödəməlidir.

Qeyd edək ki, hakim Deniels İranın Nyu-Yorkda, Vaşinqtonda və Pensilvaniya ştatında 2001-ci ilin sentyabrın 11-də terror aktları törədən 19 terrorçuya yardım etdiyinə dair ittihamlara cavab verə bilmədiyini etiraf edib. Bu terror aktları nəticəsində 2977 nəfər ölüb.

Beləliklə də hakim hesab edir ki, Tehran terror aktları tərəfindən vurulan ziyana görə məsuliyyət daşımalıdır.

Xatırladaq ki, 2001-ci ilin sentyabr ayının 11-də “Əl-Qahidə” terror qrupuna aidiyyatı olan 19 terrorçu dörd sərnişin təyyarəsini ələ keçiriblər. Hər qrup ilkin uçuş hazırlığını keçən minimum bir üzvə sahib idi.

Zəbt edilən təyyarələrdən ikisini onlar Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə yönəltdilər.

Üçüncü təyyarə Vaşinqton yaxınlığında Pentaqon binasına istiqamətlənmişdi. Sərnişinlərin terrorçulara müqavimət göstərməyə çalışdıqları dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğradı.