» » Obama real güc anlayışı haqqında danışdı

Obama real güc anlayışı haqqında danışdı

Obama real güc anlayışı haqqında danışdı

Ağ Ev sahibinin fikrinə görə, Kiyev Rusiyanın başlıca maraqları siyahısına daxildir.

ABŞ prezidenti Barak Obama The Atlantic dərgisinə müsahibəsində Rusiyanın dünya siyasətindəki hərəkətlərini şərh edərkən əsl güc anlayışı haqqında danışıb.

Belə ki, amerikalı lider Ukraynanın cənub-şərqindəki münaqişə və Moskvanın Suriyadakı anti-terror əməliyyatında iştirakı mövzusuna toxunub, ucarliyiq.biz xəbər verir.

“Real güc odur ki, siz istədiyinizə zorakılığa əl atmadan nail ola bilirsiniz. Ukrayna müstəqil ölkə kimi göründüyü, əslində isə kleptokratiya olduğu vaxtlarda Rusiya daha güclü idi”, - deyə, Obama bildirib.

Amerika prezidenti bildirib ki, Ukrayna NATO-ya daxil olmayan ölkə kimi Birləşmiş Ştatların nə etməsindən asılı olmayaraq, Moskvanın hərbi gücü qarşısında həmişə zəif olacaq.

Ağ Ev sahibinin fikrinə görə, Kiyev Rusiyanın başlıca maraqları siyahısına daxildir, ABŞ-ın yox.