» » Əminə Ərdoğanın son bəyanatı tənqidə səbəb olub

Əminə Ərdoğanın son bəyanatı tənqidə səbəb olub

Əminə Ərdoğanın son bəyanatı tənqidə səbəb olub

“Bütün bunlara sultanların anası rəhbərlik edirdi”.

Türkiyə prezidentinin xanımı Əminə Ərdoğanın Osmanlı imperiyasında hərəmxanaların “həyat məktəbi” olmasına dair bəyanatı internetdə qızğın müzakirə və tənqidə səbəb olub.

ucarliyiq.biz xəbər verir ki, birinci xanımın sözlərinə əsasən qadınlar qəzəblənib.

“Tariximizdə iz buraxan sultan anaları” konfransında çıxış edən Əminə Ərdoğan hərəmxanalarda qadınların yalnız yaxşı təhsil aldıqlarını deyil, həm də həyat təcrübəsi qazandıqlarını deyib.

“Hərəmxana qadınlar üçün həyat məktəbi idi. Onlar təhsil alır, xeyriyyəçilik ilə məşğul olurdular, bütün bunlara isə sultanların anaları rəhbərlik edirdi”, - birinci xanım deyib.

Qəzəblənən qadınlar sosial şəbəkələrdə, hərəmxanalarda kitabların olmadığı üçün hər hansı keyfiyyətli təhsildən söhbət gedə bilmədiyini bildiriblər.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın opponentləri onu ölkə idarəçiliyində sultanlara xas üslubda, eləcə də neoosmanlıq elemenlərinin bərpasına cəhd etməkdə ittiham ediblər.