» » 14 yaşlı məktəblini öldürən Akopyan ələ keçdi – FOTO

14 yaşlı məktəblini öldürən Akopyan ələ keçdi – FOTO

14 yaşlı məktəblini öldürən Akopyan ələ keçdi – FOTO

Qızı ölənə qədər daşqalaq ediblər.

Kislovodskda 14 yaşlı məktəblinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, Aleksandra O.-nun tanınmaz hala salınmış meyiti martın 5-də aşkar edilib. Qızı ölənə qədər daşqalaq ediblər.

Məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları bu qəddar cinayətin törədilməsində 19 yaşlı Artem Akopyandan şübhələnirlər. Baş verənlərdən bir sutka sonra gənc sosial şəbkədə cavabsız məhəbbət üzündən qətl törətdiyini etiraf etdiyi məktub paylaşıb. Həmin paylaşımda hamı ilə vidalaşaraq intihar edəcəyini bildirib.

 “Bütün bu müddət ərzində müstəntiqlər və əməliyyatçılar Akopyanın olduğu yeri aşkar etmək və onun saxlanılması istiqamətində iş aparırdılar. O, hüquq-mühafizə orqanı əməkdaşlarını yanıltmaq üçün sosial şəbəkədə intihar haqqında niyyətinə dair status da paylaşıb. Daha sonra isə “susub” ki, onun sağ olmasına dair heç kimin şübhəsi olmasın. Məhz hamının yanlış yola yönləndirdiyindən əmin olduğu üçün yaşadığı yerə qayıtması istisna edilmir, burada isə onu əməliyyatçılar gözləyirdi”, - Rusiya İstintaq Komitəsinin Stavropol vilayəti üzrə İstintaq İdarəsində bildiriblər.

 “Aparılan iş nəticəsində axtarılan şəxsin harada olmasına dair operativ informasiya əldə eidlib. Gənci yaşayış yerinə yaxın sahədə zirzəmidə aşkar ediblər. Müəyyən edilib ki, havalar soyuyana qədər o, meşədə gizlənib”, - DİN-in Stavropol vilayəti üzrə İdarəsində bildiriblər.  

Hazırda Akopyanı istintaqda iştirak üçün axtarışın təşəbbüskarına təhvil verirlər. Cinayət işi üzrə araşdırmalar davam edir.

14 yaşlı məktəblini öldürən Akopyan ələ keçdi – FOTO

14 yaşlı məktəblini öldürən Akopyan ələ keçdi – FOTO