» » In yeni nüvə sınaqlarına hazırlaşır

In yeni nüvə sınaqlarına hazırlaşır

In yeni nüvə sınaqlarına hazırlaşır

O, nüvə silahını təkmilləşdirməyi tələb edib.

Şimali Koreya rəhbəri Kim Çen In yeni nüvə silahlarının hazırlanmasına dair göstəriş verib.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi cümə günü məlumat yayıb.

“O, yeni nüvə başlıqlarımızın dağıdıcı qüvvəsini nümayiş etdirmək üçün böyük sayda sınaq nüvə partlayışlarının hazırlanmasına, eləcə də nüvə zərbələrimizin imkanlarını artıracaq digər sınaqlara dair tapşırıq verib”, - agentliyin məlumatında bildirilib.

Şimali Koreya lideri, həmçinin nüvə silahının təkmilləşdirilməsinin davam etdirilməsini və “istənilən yerdə - quruda, havada, dənizdə və suyun altında belə düşmənə nüvə zərbələri endirmək” imkanına sahib olmağa görə, onun çatdırılması üçün vəsaitin diversifikasiya edilməsini tələb edib.