» » Rusiya “erməni soyqırımı” haqqında qanun layihəsini qəbul etmədi

Rusiya “erməni soyqırımı” haqqında qanun layihəsini qəbul etmədi

Rusiya “erməni soyqırımı” haqqında qanun layihəsini qəbul etmədi

Hökumətin və Ali Məhkəmənin qanun layihəsi ilə bağlı rəyi mənfi olub.

Rusiya hökuməti və Ali Məhkəməsinin “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun layihəsi ilə bağlı rəyi mənfi olub. 

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, qanun layihəsinin müəlliflərindən biri olan Rusiya Dövlət Dumasının vitse-spikeri, “Ədalətli Rusiya” partiyasının üzvü Nikolay Leviçev “Rusarminfo” portalına bildirib ki, qanun layihəsi barədə hökumətin rəyi də Ali məhkəmənin rəyi kimi mənfidir.

“Dövlət Duması Şurası sənədin geri göndərilməsinə əsas kimi qanun layihəsinin hökumət və Ali məhkəmə tərəfindən baxılması müddəti pozulub. Hökumətin rəyi fevralın 9-da daxil olub. Dövlət Duması isə fevralın 8-də rəyin olmaması üzündən qanun layihəsini geri qaytarıb”, - köməkçi bildirib.

Mənfi rəydə qeyd edilir ki, müəlliflər heç bir statistik və ya kriminoloji araşdırmalar barədə, qanun layihəsində Rusiyada “erməni soyqırımı”nı inkar hallarını yayılmasına dair məlumat yoxdur.

Xatırladaq ki, ötən il noyabrın 25-də “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov və Nikolay Leviçev Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsi təqdim ediblər.

Bundan sonra qanun layihəsi rəsmi rəy almaq üçün Rusiya hökumətinə və Ali Məhkəməyə göndərilib.