» » Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

30-a yaxın hərbi gəmi cəlb edilib.

Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri Xəzər dənizində hərbi təlimlərə başlayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilir ki, təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri, 1000-dən çox hərbçi iştirak edir. 

“Komanda qərargah təlimləri çərçivəsində 30-a yaxın döyüş gəmisi və kateri, mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir”, - mətbuat xidmətindən bildiriblər.