» » Ukraynada eynicinsli nikahlar qanuniləşə bilər

Ukraynada eynicinsli nikahlar qanuniləşə bilər

Ukraynada eynicinsli nikahlar qanuniləşə bilər

Pravoslav kilsəsi narahatdır.

Ukrayna Nazirlər Kabineti vətəndaş tərəfdaşlığının, o cümlədən də eynicinsli cütlüklərin nikahının qanuniləşdirilməsinə dair qanun layihəsini işləmək və nəzərdən keçirmək niyyətindədir.

ucarliyiq.biz Ukrayna KİV-nə istinadən xəbər verir ki, müvafiq qərar hökumət tərəfindən təsdiqlənmiş 2020-ci ilə qədər insan haqları sahəsində milli strategiyanın həyata keçrilməsi üzrə fəaliyyət planından ibarətdir.

Daha öncə Kiyevin və bütün Ukraynanın mitropoliti Onufriy bəyan etmişdi ki, Moskva patriarxatının Ukraynanın Pravoslav kilsəsi bu ölkədə eynicinsli nikahların qanuniləşdirilməsindən narahatdır.

Onun sözlərinə görə, “belə yeniliklər Ukraynda homoseksual həyat tərzinin təbliğatı və eynicinsli nikahların qanuniləşdirilməsi istiqamətində atılan ilk addımlar ola bilər”.

“Ukraynada əmlak və qeyri-əmlak hüquqları, mülkiyyətin sahibliyi və vərəsəlik, əmək qabiliyyətini itirdiyi halda bir tərəfdaşın digərini təmin etməsini nəzərə alınaraq müxtəlif cinsli və eynicinsli cütlüklərin vətəndaş tərəfdaşlığının qanuniləşdiirlməsinə dair qanun layihəsinin hazırlanması və Ukrayna Nazirlər Kabinetinə baxılması üçün təqdim edilməsi”, - ölkədə diskriminasiyanın qarşısının alınmasına dair tədbirlər planında deyilir.