» » Mutko dopinqlə bağlı məsuliyyəti öz üzərinə götürüb

Mutko dopinqlə bağlı məsuliyyəti öz üzərinə götürüb

Mutko dopinqlə bağlı məsuliyyəti öz üzərinə götürüb

Meldonium qadağan edilmiş maddələr siyahısına daxildir.

Ölkədə dopinqlə bağlı yaranan vəziyyətə görə məsuliyyəti öz üzərimə götürürəm.

ucarliyiq.biz xəbər verir ki, bunu Rusiyanın idman naziri Vitali Mutko nazirliyin İctimai Şurasının iclasında bildirib.

“İdman nazirliyinin başçısı kimi Kulijnikov və Bobrovaya görə məsuliyyət daşıyıram. Mən kollektiv cavabdehliyi bölüşürəm. Nəyin düzgün getmədiyini anlamaq lazımdır, idmançıları müdafiə edəcək sistemi yaratmaq lazımdır”, - Mutko deyib.

Son günlər meldonium preparatını qəbul etdiklərinə görə bir neçə tanınmış Rusiya idmançısı beynəlxalq yarışlardan kənarlaşdırılıb. Onların arasında məşhur tennisçi Mariya Şarapova, fiqurlu konkisürmə üzrə tanınmış idmançı Yekaterina Bobrova, voleybolçu Aleksandr Markin, biatlonçu Eduard Latıpov və digər idmançılar var. 

Meldonium preparatı Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2016-cı il yanvarın 1-dən qadağan olunmuş preparatlar siyahısına daxil edilib. O həm yarış, eləcə də qeyri-yarış dövründə qadağan edilmiş substansiyadır və “Metobolizmin hormonları və modulyatorları” sinfinə aiddir.