» » Kertis Skaparotti NATO-nun Avropada yeni baş komandanı təyin olunub

Kertis Skaparotti NATO-nun Avropada yeni baş komandanı təyin olunub

Kertis Skaparotti NATO-nun Avropada yeni baş komandanı təyin olunub

Komandanlığın təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.

NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib. 

ucarliyiq.biz-ın  RİA Novostiyə istinadən verdiyi xəbərə əsasən, bu barədə  NATO-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən,  general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək. 

Qeyd olunur ki, hazırda general Skaparotti  ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir.

Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.