» » Avropa İttifaqının komissarları İrana səfər edəcək

Avropa İttifaqının komissarları İrana səfər edəcək

Avropa İttifaqının komissarları İrana səfər edəcək

Nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı, Avropa Komissiyası sədrinin müavini Federika Mogerininin başçılığı altında nümayəndə heyəti bu ilin aprelində İrana səfər edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, səfər zamanı tərəflər arasında ticarət, energetika sahələrinə, eləcə də miqrasiyaya dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Xəbərdə bildirilib ki, Federika Mogerinini müşayiət edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir. Bu məqsədlə Avropa Komissiyası sədrinin müavini müxtəlif sahələr üzrə komissarları dəvət edib.