» » “Total” İranda neft-kimya kompleksi inşa edəcək

“Total” İranda neft-kimya kompleksi inşa edəcək

“Total” İranda neft-kimya kompleksi inşa edəcək

Məhsullar daxili bazara və Yaxın Şərq ölkələrinə tədarük ediləcək.

Fransanın “Total” şirkəti İranda neft-kimya kompleksi inşa edəcək. 

ucarliyiq.biz-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın  “Shana” energetika xəbərli üzrə informasiya agentliyi məlumat yayıb.  

“İran Milli Neft-Kimya Şirkəti və Fransanın “Total” neft şirkəti Tehranda ölkədə neft-kimya kompleksinin inşa edilməsinə dair anlaşma memorandumu imzalayıblar”, - deyə məlumatda bildirilir.   

Müəssisədə etan, kerosin, maye qaz və digər növ yanacaqların istehsal edilməsi  nəzərdə tutulub. Neft-kimya kompleksinin Fars körfəzinin sahilində inşa etmək planlaşdırılır.   

Müəssisədə istehsal olunacaq məhsulları daxili bazara və Yaxın Şərq ölkələrinə tədarük etmək nəzərdə tutulub.