» » Komidə azərbaycanlılar Novruz bayramına hazırlaşırlar - FOTO

Komidə azərbaycanlılar Novruz bayramına hazırlaşırlar - FOTO

Komidə azərbaycanlılar Novruz bayramına hazırlaşırlar - FOTO

“O, təbiətdə yeni həyat rəmzidir”.

Komidə yaşayan Azərbaycan diasporu Novruz bayramını qeyd etməyə hazırlaşır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Komiinform”a “Komi Respublikasındakı Azərbaycanlılar Birliyi” regional ictimai təşkilatının sədri Asif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, idarə heyətinin üzvləri, fəallar və Xalqlar Dostluğu Evinin direktoru Qalina Qabuşevanın iştirakı ilə keçirilən müşavirədə Novruz bayramının martın 16-da keçirilməsi qərara alınıb. Azərbaycanlılar bayramı Komi paytaxtındakı restoranlardan birində qeyd edəcəklər.

A.İsmayılov Novruz bayramının yazın gəlişi ilə əlaqədar olduğunu və azərbaycanlılar üçün əsas bayramlardan sayıldığını bildirib.

“O, təbiətdə yeni həyat və yenilənmə rəmzidir. Novruz Bayramı ilə bağlı çoxlu adət və ənənələr var”, - deyə birlik sədri əlavə edib.

Komidə azərbaycanlılar Novruz bayramına hazırlaşırlar - FOTO

Komidə azərbaycanlılar Novruz bayramına hazırlaşırlar - FOTO

Komidə azərbaycanlılar Novruz bayramına hazırlaşırlar - FOTO