» » Hüseyin Haydar: Türk xalqı adından Rusiyadan üzr istəyirəm – VİDEO

Hüseyin Haydar: Türk xalqı adından Rusiyadan üzr istəyirəm – VİDEO

Hüseyin Haydar: Türk xalqı adından Rusiyadan üzr istəyirəm – VİDEO

“O, qardaş Azərbaycan xalqının maraqlarını müdafiə etməlidir, Suriyaya girməli deyil”.

Məlum olduğu kimi, istənilən ölkədə şairin fikri xalqın fikrinin ifadəsidir. Xalq bizi ilhamlandırır, deməli, mən də türk xalqının fikrini ifadə edirəm.

ucarliyiq.biz xəbər verir ki, bunu Virtualaz.org müsahibəsində türkiyəli şair, yazdığı şeirdə Rusiya xalqından, rus şairlərdən və ölkəsi tərəfindən vurulmuş rus hərbi təyyarəsinin həlak olmuş pilotunun anasından üzr istəyən Hüseyin Haydar bildirib.

Haydar bildirib ki, Rusiya təyyarəsi doğurdan da Türkiyənin hava məkanını pozub:

“Amma cəmi 17 saniyə ərzində, və mən anlamıram ki, onu vurmağa nə lüzum var idi...”.

Türkiyənin Suriyada həyata keçirdiyi siyasətə etiraz edən Haydar bildirib ki, bu gün müstəqil sorğu keçirilsə əksər türklər hökumətin Suriyadakı siyasətinə qarşı çıxacaq:

“Biz Suriyada nəyə nail olduq? Heç nəyə, nəzərə almasaq ki, üfüqdə artıq kürd dövləti görünməyə başlayıb. Bu, Türkiyə hökumətinin səhvlərinin nəticəsidir”.

Yazdığı şerdən sonra dəvət aldığı təqdirdə Rusiyaya gedə biləcəyini deyən şair bu istəyinin səbəblərindən də danışıb:

“Mütləq bu imkandan istifadə edərdim və bir daha Türkiyə səmasında baş verənlərə görə Rusiya xalqından üzr istəyərdim. Bir daha deyirəm: bu, yalnız mənim deyil, xalqın əksər hissəsinin mövqeyidir”.

Haydar qeyd edib ki, Rusiya ilə münaqişə ölkəsinə böyük zərər vurur:

“Rusiya bizim çox vacib partnyorumuz idi, Ərdoğan hökuməti isə bir səhv addımı ilə bütün əlaqələrimizin üstündən xeyli müddətə xətt çəkdi.

Baxın, Antalyada hotellərin əksəriyyəti boşdur, tekstil sənayesi zərərlə işləyir. Bu vəziyyətdə nə deyəcəksiniz, bu böhrandan qazanc əldə etmişik? Düşünürəm ki, hökumət Rusiyadan üzr istəməyə özündə qüvvə tapmalıdır. Bunu zəiflik əlaməti kimi deyil, müdriklik kimi qəbul etmək lazımdır”.

Bu gün Rusiyadan üzr istədiyi üçün sabah qondarma “erməni soyqırımına” görə Ermənistandan üzr istəmək barədə fikrə düşüb-düşməyəcəyi barədə sualı isə Haydar belə cavablandırıb:

“Mən heç vaxt istəməmişəm və istəmərəm ki, olmayan bir şeyə görə üzr istənilsin. “Erməni genosidi” əfsanəsi Qərb tərəfindən Türkiyəyə təzyiq məqsədilə uydurulub. Mən isə düşünürəm ki, məhz Erməniztan özü azərbaycanlılara qarşı genosid həyata keçirib və Azərbaycanın ərazisini işğal edib. Ərdoğan öz qaynar enerjisini bunlara sərf etməlidir. O, qardaş Azərbaycan xalqının maraqlarını müdafiə etməlidir, Suriyaya girməli deyil.

Suriya bizim problemimiz deyil. Türkiyə əvvəlcədən Suriya münaqişəsinə qarışmamalı idi. Bizim vəzifəmiz Qarabağı Azərbaycana qaytarmaq, azərbaycanlılara qarşı törədilmiş genosidin günahkarlarını tapıb cəzalandırmaqdır. Suriya münaqişəsi yox, bu bizim vəzifəmiz olmalıdır”.