» » Rusiyalı deputat Obamanı “günəşdən usanmış” adlandırdı

Rusiyalı deputat Obamanı “günəşdən usanmış” adlandırdı

Rusiyalı deputat Obamanı “günəşdən usanmış” adlandırdı

“O, özünü ABŞ-ın getməkdə olan prezidenti kimi hiss edir”.

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov ABŞ prezidenti Barak Obamanın “The Atlantic” dərgisinə verdiyi müsahibəni şərh edərək, onu “günəşdən usanmış” adlandırıb, ucarliyiq.biz RNS-ə istinadən xəbər verir.

“Obamanın “The Atlantic”ə müsahibəsi göstərdi ki, o, özünü fəaliyyətdə olan prezidentdən daha çox ABŞ-ın getməkdə olan prezidenti kimi hiss edir”, - Puşkov bəyan edib.

Qeyd edək ki, “The Atlantic”ə müsahibəsində Obama bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin “tamamən axmaq deyil” (not completely stupid), belə ki, Amerika ilə işlə daima maraqlanır.

“Düzünü desəm, Putin bizim görüşlərimizdə çöx nəzakətli və açıq sözlüdür. Görüşlərimiz işgüzar xarakter daşıyır. Digərləri kimi o, heç bir zaman məni iki saat gözləməyə məcbur etmir”, - Obama deyib.