» » Ankara partlayışında PKK şübhəli bilinir

Ankara partlayışında PKK şübhəli bilinir

Ankara partlayışında PKK şübhəli bilinir

Təhlükəsizlik qüvvələri məlumat verib.

İlkin məlumatlara görə, Ankarada baş vermiş partlayış PKK terror təşkilatı tərəfindən törədilib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər verib.

Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.

Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.