» » Putin Türkiyəyə bağlı başsağlı verib

Putin Türkiyəyə bağlı başsağlı verib

Putin Türkiyəyə bağlı başsağlı verib

“Rusiya qəti şəkildə Ankaradakı terror aktını pisləyir”.

Rusiya prezidenti Vladimir Putin Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.

ucarliyiq.biz-ın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

O, Rusiya prezidentinin bu gün Ankarada baş vermiş terror aktını qınadığını söyləyib.

“Vladimir Putin qəti şəkildə Ankaradakı terror aktını pisləyir. Çox sayda insanların həyatını itirməsi və terror hücümuna mərzu qalan Türkiyə xalqı ilə birlikdə kədərlənir. Rusiya prezidenti terror aktında yaxınlarını və doğmalarını itirmiş hər kəsə dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmasını arzulayır”,- deyə Kremlin mətbat xidmətinin rəhbəri bildirib.