» » Ankara terrorunda ölənlərin sayı artdı

Ankara terrorunda ölənlərin sayı artdı

Ankara terrorunda ölənlərin sayı artdı

37 nəfər həyatını itirdi.

Ankarada törədilən terror nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

ucarliyiq.biz Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.

Məlumata görə, hadisə yerində 30 nəfər həyatını itirib, 7 yaralı isə xəstəxanada dünyasını dəyişib. Hazırda 15-nin vəziyyəti ağır olmaqla yaralıların sayı 125-dir.

Qeyd edək ki, martın 13-də Bakı vaxtı ilə saat 20:45-də Ankaranın “Kızılay” meydanı yaxınlığında terror aktı törədilib.