» » Saakaşvili Ukraynada siyasi mübarizəyə başlayır

Saakaşvili Ukraynada siyasi mübarizəyə başlayır

Saakaşvili Ukraynada siyasi mübarizəyə başlayır

“Biz Avropa Partiya Təşkilatını yaratmaq istəyirik”.

Odessa vilayətinin qubernatoru Mixael Saakaşvilinin komandası siyasi partiya yaratmaq və Ali Radaya seçkilərdə işitrak etmək niyyətini açıqlayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Facebook səhifəsində Mixael Saakaşvilinin köməkçisi Saşa Borovik yazıb.

“Tezliklə siyasi partiyamız olacaq, mahiyyətcə - seçki partiyası. Busağ mərkəz, fiksal-mühafizəkar və sosial-liberal proqram olacaq. Biz demokratik Avropa Partiya Təşkilatı yaradacağıq, burada liderlər demokratik yol ilə seçiləcəklər”, - Borovik qeyd edib.

Bundan başqa, o yazıb ki, “Poroşenkonun Yatsenyuku görən gözü yoxdur”.
 
“Mən görürəm ki, Poroşenkonun Yatsenyuku görən gözü yoxdur. Amma o, eyni vaxtda alternativ də tapa bilmir. Mən artıq indidən siyasi elitanın müflis olduğunu deyərdim. Bu məntiqi olaraq yeni seçkilərə aparır”, - Borovik qeyd edib.