» » Moskvada 1,7 milyondan çox azərbaycanlı yaşayır

Moskvada 1,7 milyondan çox azərbaycanlı yaşayır

Moskvada 1,7 milyondan çox azərbaycanlı yaşayır

Say üzrə birinci yerdə ruslardır.

Ruslardan sonra Moskva sakinləri arasında sayca çoxluq təşkil edən azərbaycanlılardır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya güc nazirliklərinin birinin məsləhətçisinə istinadən Asiarussia portalında yerləşdirilən məlumatda deyilir.

Ümumilikdə, Moskvada rusların sayı sakinlərin 31%-dən artıq deyil. İkinci yerdə azərbaycanlılardır 14%, yəni 1,7 milyon (2016-cı ilin əvvəlində verilən məlumata görə, Moskvada 12 milyon 325 min adam yaşayır – red.).

Üçüncü yerdə - tatarlar, bakirlər, çuvaşlardır – 10%. Bununla yanaşı, Moskva sakinlərinin 5%-i ermənilər təşkil edir.

Statistikada həmçinin qeyd edilir ki, 2015-ci ilin ortalarına olan məlumata görə, Rusiya paytaxtının 11 milyon sakinindən 4 milyon 600 mini slavyanlar – ruslar, ukraynalılar və belaruslar təşkil edirdi.  

Həmçinin Rusiyada ümumilikdə etnik azərbaycanlıların sayı Bakıdakından çox, tatarların isə Rusiya paytaxtında sayı Kazandakından çoxdur.