» » İran hakimiyyəti Amerika məhkəməsinin qərarına gülür

İran hakimiyyəti Amerika məhkəməsinin qərarına gülür

İran hakimiyyəti Amerika məhkəməsinin qərarına gülür

“ABŞ-ın bütün hüquqi sistemini şübhə altına alır”.

İran hakimiyyəti rəsmi Tehranın 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları nəticəsində ölənlərin ailələrinə təzminat qismində 10,5 milyard dollar ödəməli olması barədə Nyu-York məhkəməsinin qiyabi qərarını gülünc və çirkin adlandırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ənsari bildirib.

"Qərar o qədər gülməlidir ki, ABŞ-ın bütün hüquqi sistemini şübhə altına alır", - deyə o qeyd edib. Eyni zamanda, H.C.Ənsari məhkəmənin hökmünü İrana qarşı yönəlmiş nonsens kimi dəyərləndirib.

Məhkəmənin qərarına əsasən, İran terror qurbanlarının ailələrinə 7,5 milyard dollar ödəməlidir. 3 milyard dollar isə terrordan sonra sığorta xərclərini qarşıladığına görə sığorta şirkətlərinə verilməlidir.

Qeyd edək ki, bir müddət əvvəl məhkəmə İranın terrorçulara yardım etmədiyini sübut edə bilmədiyini əsas gətirərək, rəsmi Tehranın terror nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımalı olduğuna dair hökm vermişdi.