» » Türkiyə İraqın şimalını bombaladı

Türkiyə İraqın şimalını bombaladı

Türkiyə İraqın şimalını bombaladı

Zərbələri əsasən “F-16” və iki “F-4” təyyarəsi endirib.

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bazar ertəsi PKK-nın İraqın şimalında yerləşən mövqelərini bombardman edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyə ordusuna istinadən Reuters məlumat yayıb.

Məlumata görə, sursat anbarlarının və yaraqlıların gizləndiyi məkanlar daxil olmaqla, 18 hədəfə 11 təyyarə zərbələr endirib. Zərbələri əsasən “F-16” və iki “F-4” təyyarəsi endirib.

Aviazərbələr Ankarada törədilən 37 nəfərin ölümü və 71 nəfərin xəsarət alması ilə nəticələnən terror aktının səhərisi günü həyata keçirilib.